VƏZİFƏ CİNAYƏTLƏRİ

müəyyən (bəzi hallarda: yüksək) səlahiyyətli, qulluq mövqeli vəzifəli şəxs(lər) tərəfindən, həmin səlahiyyətlərdən (qulluq mövqeyindən) suiistifadə etməklə, qulluq mənafeyinə zidd hərəkətləri ilə dövlət və ictimai mənafeyə (dövlət və ictimai aparatın normal fəalyyətinə qəst etməklə), habelə vətəndaşların (insanların) qanunla qorunan hüquq və mənafelərinə zərərin vurulası, cinayətkar hərəkətləri. V.C.-ümumi və xüsusi V.C. katiqoriyalarına bölünür: ümumi V.C. (idarəciliyin bütün sahələrində baş verə bilən V.C.) kateqoriyasına: hakimiyyətdən və qulluq mövqeyindən sui-istifadə; hakimiyyət və qulluq səlahiyyətlərini aşma; səhlankarlıq; rüşvətxorluq; vəzifə saxtakarlığı aiddilər; xüsusi V.C. (sahəvi xarakterli V.C.) kateqoriyasına isə adətən hər hansısa bir (iqtisadi, hərbi, Məhkəmə və s.) vəzifəli şəxs tərəfindən cinayət törədilməsi aiddirlər.
VƏTƏNƏ XƏYANƏT
VƏZİFƏLİ ŞƏXS
OBASTAN VİKİ
Müharibə cinayətləri
Müharibə cinayəti — sülh və bəşəriyyətin təhlükəsizliyi əleyhinə olan beynəlxalq cinayət; silahlı münaqişə zamanı tətbiq olunan humanitar hüquq normalarının və ya müharibə adət və qanunlarının pozuntularını bildirir. Beynəlxalq ümumi hüquqa görə barələrində müharibə cinayəti törətdiklərinə görə öz ölkələrində təqib olunan şəxslər sığınacaq hüququndan istifadə edə bilməzlər və onlara qaçqın statusu verilmir. Müharibə cinayətlərinin «beynəlxalq cinayət» statusu və bütün dövlətlər tərəfindən cəzalandırılmalı olması məhz hüquqi adət kimi tanınmışdır. Müharibə cinayətlərinə aşağıdakı əməllər aiddir: Beynəlxalq humanitar hüququn pozulması ilə qəsdən törədilmiş aşağıdakı əməllərdən hər hansı biri: qəsdən adamöldürmə; işgəncə və ya qeyri-insani rəftar, o cümlədən bioloji eksperimentlər; ağır əzab-əziyyətin və ya ciddi xəsarətin törədilməsi; hərbi zərurətlə bəraət qazandırılmayan və qanunsuz və böyük miqyasda törədilən dağıntılar və əmlakın ələ keçirilməsi; hərbi əsirin və ya mülki şəxsin düşmən dövlətin silahlı qüvvələrində qulluq etməyə məcbur edilməsi; hərbi əsirin və ya mülki şəxsin qərəzsiz və ədalətli məhkəmə araşdırmasına olan hüququndan qəsdən məhrum edilməsi; girov götürülməsi; Beynəlxalq humanitar hüququn pozulması ilə qəsdən törədilmiş və ölümlə nəticələnən, yaxud səhhətə ciddi zərər yetirən aşağıdakı əməllərdən hər hansı biri: mülki əhalinin və ya ayn-ayn mülki şəxslərin hücum obyekti edilməsi; şəxsin kombatant olmadığını və ya artıq sıradan çıxdığını ("hors de combat") bilərək, onun hücum obyekti edilməsi; qızıl xaç, qızıl aypara və ya digər tanınmış fərqləndirmə emblemlərindən sui-istifadə edilməsi; Beynəlxalq humanitar hüququn pozulması ilə qəsdən törədilmiş aşağıdakı əməllərdən hər hansı biri: işğal edən dövlət tərəfindən öz əhalisinin bir hissəsinin işğal etdiyi əraziyə köçürülməsi; hərbi əsirlərin və ya mülki şəxslərin geri qaytarılmasının (repatriasiyasının) əsas olmadan yubandırılması; Beynəlxalq humanitar hüququn pozulması ilə şəxsi ləyaqətin təhqir edilməsi, o cümlədən insan ləyaqətini alçaldan rəftar, zorlama və məcburi fahişəlik; Müharibə qanun və adətlərinin pozulması ilə törədilmiş aşağıdakı əməllərdən hər hansı biri: zəhərli silahlann və ya lüzumsuz əzab-əziyyət törətmək üçün nəzərdə tutulmuş digər silahlann tətbiq edilməsi; şəhər, qəsəbə və ya kəndlərin mənasız dağıdılması və yaxud hərbi zərurətlə əsaslandırılmayan soyğunçuluq; müdafiə olunmayan şəhərlərin, kəndlərin, binalann və ya yaşayış evlərinin və yaxud hərbsizləşdirilmiş zonaların istənilən vasitələrlə bombardman edilməsi; dini, təhsil, incəsənət və elm idarələrinin, tarixi abidələrin, incəsənət və elm əsərlərinin qəsb edilməsi, dağıdılması və ya onlara qəsdən ziyan vurulması; ictimai və ya xüsusi əmlakın talan edilməsi; Beynəlxalq xarakter daşımayan silahlı münaqişə zamanı tətbiq olunan beynəlxalq humanitar hüququn pozulması ilə törədilmiş aşağıdakı əməllərdən hər hansı biri: adamların həyatına, səhhətinə və fiziki və ya psixi durumuna qarşı zorakı hərəkətlər, o cümlədən qəsdən adamöldürmə və habelə işgəncə, şikəstetmə kimi qəddar rəftar və yaxud bədən cəzasının istənilən forması; kollektiv cəzalandırma; girov götürülmə; terror aktları; şəxsi ləyaqətin təhqir edilməsi, o cümlədən ləyaqəti alçaldan rəftar, zorlama və məcburi fahişəlik; hərbi soyğunçuluq; məhkəmə tərəfindən bundan qabaq elan olunmuş qərar olmadan hökm çıxarılması və hökmün yerinə yetirilməsi; silahlı münaqişə zamanı, ətraf təbii mühitə genişmiqyaslı, uzunmüddətli və ağır ziyan vurulması niyyəti ilə hərbi zərurətlə əsaslandırılmayan müharibə üsul və vasitələrinin tətbiq edilməsi.
Zaman cinayətləri
Zaman cinayətləri (isp. Los cronocrímenes) — Naço Viqalondonun öz yazdığı ssenari əsasında çəkdiyi ispan elmi fantastika filmidir. Rejissor filmdəki rollardan birində də çəkilmişdir. Filmin baş qəhrəmanı üç dəfə eyni günü yaşayır və özünü düşdüyü zaman dövriyyəsindən xilas etməyə çalışır.
Akim (vəzifə)
Akim (qaz. әкім, qırğ. аким) — Qazaxıstan və Qırğızıstanda yerli dövlət hakimiyyəti orqanının başçısı. Akim ölkə prezidentinin rəsmi nümayəndəsidir. == Qazaxıstanda Akim == Qazaxıstanda bələdiyyə başçısı respublika prezidentinin və hökumətinin nümayəndəsi olan (bölgənin, respublika əhəmiyyətli şəhərlərin və ya paytaxtın, bölgənin rayonları və bölgənin kənd rayonlarının rəhbərliyi) rəhbərliyin rəhbəridir. Ölkənin bütün bələdiyyə sədrlərinin (rayon əhəmiyyətli şəhərlər, kənd rayonları, qəsəbə və kəndlər) 91% -i dolayı səsvermə yolu ilə seçilir. Bölgələrin, respublika əhəmiyyətli şəhərlərin və paytaxtın rəhbərləri Qazaxıstan Baş nazirinin təklifi ilə Prezident tərəfindən təyin edilir. 2013-cü ildən bu yana Qazaxıstan Respublikasının kənd əhəmiyyətli bir hissəsi olmayan kənd şəhərləri, kənd bölgələri, qəsəbə və kəndlərinin rəhbərləri dolayı seçkilər yolu ilə dörd il müddətinə seçilirlər. Seçicilər müvafiq bölgənin məsləhət müavinləridir. 2018-ci ildə yerli özünüidarəetmənin inkişafı konsepsiyası çərçivəsində rayon və rayon əhəmiyyətli şəhərlərin bələdiyyə sədrləri seçkilərinin tətbiq olunmasının məqsədəuyğunluğu məsələsinin hazırlanması nəzərdə tutulmuşdur.
Nişançı (vəzifə)
Nişançı (Osmanlıca: نشانچی ) — Osmanlı imperiyası bürokratiyasında yüksək bir vəzifədi. Türkcə nişançı sözü, sözün əsl mənasında, "məhkəmə xəttatı" və ya "möhürləyən" mənasını verir, çünki nişancının əsl vəzifəsi sultanın əmrlərini möhürləmək idi. Nişançı Divan-ı Hümayuna qatılan dövlət məmurlarından biri olub, kalemiye (dəftərxana) qrupunun rəhbəri idi. Üstəlik nişançı hökmdarın imzası mənasını verən tuğranın sultan adına yazılacaq fərmanlarda, əmrlərdə, adlarda çəkilməsindən məsul olub. Tuğra Roma imperiyası ənənəsinin davamı olaraq, hazırlanan sənədlərin başında dururdu. Bununla belə, nişançının rəhbərlik etdiyi dəftərxana xarici dövlətlərlə əlaqələrdən, yazışmalardan və sənədlərin tərcüməsindən məsul idi. Məhkəmə xəttatı vəzifəsi Orxan Qazi (1324-1361) dövründə yaradılsa da, nişançı adı II Murad (1421-1451) dövründən istifadə edilməyə başlandı. II Mehmed (1451–1481) dövrün də nişançı daha yüksək vəzifə sayılırdı. Sultan II Mehmed qanununa görə nişancı divanın (Osmanlı hökuməti) üzvü idi. Nişançı sözü isə tərdicən ərəbcə Müvekkinin əvəzinə işlənməyə başlandı.
Muxtar (vəzifə)
Muxtar (ərəb. مختار‎; hərf. "seçilmiş olan") — Orta Şərqdə kənd rəisi, Osmanlı hakimiyyəti dövrünə qədər uzanan köhnə bir qurum. Əmir S. Çeşin, Bill Hatmen və Avi Melamedin fikrincə, muxtar "əsrlər boyu mərkəzi fiqurlar olmuşdur". Onlar "müsəlman icmaları ilə məhdudlaşmırdılar"; hətta "ərəb dünyasındakı xristian və yəhudi icmalarının da muxtarları var idi". Muxtarlar ağsaqqal rolunu oynayırdılar. Onlar ənənəvi olaraq kəndliləri dövlət bürokratiyası ilə əlaqələndirirdilər. Muxtarın bəzi vəzifələrinə həyat hadisələrinin (doğum, nikah və s.) qeydə alınması və sənədlərin notarial qaydada təsdiq edilməsi daxildir. Muxtar, başqa şeylərlə yanaşı, vergilərin toplanmasına və kəndində qanunun və asayişin hökm sürməsinə cavabdeh idi. == Qəzzə == 1948-ci ildə İsrail qurulmazdan əvvəl Fələstində Britaniya hakimiyyəti muxtarlara bağlı idilər. Qəzzada hələ də güclü klan kimi fəaliyyət göstərən onlarla ailə var.
Qarabağda vəzifə tutan separatçıların həbsi
Sentyabrın 27-də Laçın dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin (DTX) hərbi qulluqçularının sayıqlığı nəticəsində Azərbaycan ərazisinə qeyri-qanuni gələn qondarma "Dağlıq Qarabağın Dövlət naziri" vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Karlenoviç Vardanyan Azərbaycanın Ermənistan istiqamətində gələn zaman saxlanıldı. Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin hərbi qulluqçularının müşayiəti ilə Bakı şəhərinə gətirildi. Saxlanılan şəxs barəsində müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti dövlət orqanlarına təhvil verildi. Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına əsasən Ruben Vardanyan xarici dövlət vətəndaşı olduğu halda terror-təxribat əməlləri törədilməsi məqsədilə 2022-ci ilin sentyabr ayında Azərbaycanın dövlət sərhədinə qanunsuz daxil olaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi əraziyə daxil olmuş, həmin ərazidə Azərbaycanın qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin formalaşdırılması və fəaliyyətinin qurulmasında, habelə idarələrə və ayrı-ayrı şəxslərə insanların öldürülməsinə və digər ağır nəticələrə səbəb olan basqınlar etmiş sözügedən qanunsuz hərbi birləşmələrin silah, döyüş sursatı, partlayıcı maddələr, hərbi nəqliyyat vasitəsi və əsgəri ləvazimatla təchiz edilməsində rol alıb. Bundan başqa o, pul vəsaitlərini həmin qanunsuz silahlı birləşmələrin terrorçuluq fəaliyyətinin qurulmasına maliyyələşdirib. Ermənistan vətəndaşı olan 1968-ci il təvəllüdlü Ruben Karlenoviç Vardanyanın Cinayət Məcəlləsinin 214-1, 279.3 və 318.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edildi. Sentyabrın 28-də Səbail rayon Məhkəməsində Ruben Vardanyan barəsində Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq İdarəsinin təqdimatına baxıldı. Hakim Ülviyyə Şükürovanın sədrliyi ilə baş tutan prosesdə təqdimat təmin edildi və Ruben Vardanyan barəsində 4 aylıq həbs tədbiri seçildi. Sentyabrın 29-da Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Ermənistan vətəndaşı Davit Manukyanın Qarabağda törətdiyi terrorçuluq cinayətlərinə görə həbs edildiyini bildirdi. DTX məlumatında əldə olunmuş sübutlar əsasında, Ermənistan vətəndaşı, 1971-ci il təvəllüdlü Manukyan Davit Azati tərəfindən Azərbaycan Cinayət Məcəlləsinin 214.2.1, 214.2.2, 214.2.3, 228.3, 279.3 və 318.1-ci maddələrində ehtiva olunan cinayət əməllərinin törədilməsinə əsaslı şübhələr müəyyən edildiyini bildirdi.